Etir seçimi zamanı

1- Ətir istifadə etməni sevənlərin etdiyi ən böyük səhv ətiri çox sıxmaqdır. Burnunuz qoxuya həssas hala gəlincə bir müddət sonra ətirin qoxusunu götürə bilməzsiniz, buna görə azmı çoxmu sıxdığınıza qərar verməniz çətin ola bilər. Bilək içi və qulaq arxası ətir tətbiqindəki klassik bölgələrdir. Bu bölgələr ətirin yayılmasını asanlaşdırar. Sinə, omba sümüyü və qıç üstləri ətir sürmək üçün idealdır. Çünki havayla təmas etmədikləri üçün ətiriniz uzun müddət qalıcılığını qoruyar və qoxu yaymağa davam edər. Oxumağa davam et

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Qoçun seksual davranışının açarı – onun impulsivliyidir. Başa düşmək lazımdır ki, həqiqi cinsi ittifaqda həm vermək, həm də almaq zərurəti var. Kişi-Qoç onun seksual fantaziyalanna qarşı duranlara çox dözümsüzdür. Onun acıqlanmasına yol verməyin. Qoç oyunu xoşlamır. Əgər onu seksual planda təmin etməkistəyirsinizsə, təxəyyüldən istifadə olunmalıdır. Əgər sizi yatağa çəkirsə, deməli istədiyinə nail olacaq. O, sarsıdıcı və qadağanedici nəticələri gözləyə bilmir. Kişi-Qoç cinsi əlaqədə həmişə üstünlüyü əldə saxlayır.

Qadın-Qoç olduqca hissiyyatlı, ehtiraslı və məlahətlidir. O öz həzzinə görə sizə təslim olur. O, istəsə, hər yerdə – avtomobilin arxa oturacağında, ofisin divanında, mehmanxana otağında sekslə məşğul ola bilər. O, seksdə, çox aqressivdir. O təkcə nəyi deyil, həm də necə olmağı yaxşı bilir. Əgər qadın-Qoç öz tərəfdaşından məmnun qalıbsa, yenə onunla yatağa girər. Lakin bu dəfə siz nə isə yeni bir şey təklif etməlisiniz, əks təqdirdə marağlı bir qadını itirə bilərsiniz.

Qoç bürcünün həm qadınları, həm də kişiləri -ekstremistdirlər. Beləliklə, qorunun, ehtiyath olun! Əgər “tipik” Qoç üə rastlaşsanız, ən yaxin qapıdan qaçıb qurtarmağa hazır olun, və yaxud qaiıb həzz alın. Bu sizdən və sizin bürcünüzdən asılıdır. Oxumağa davam et

Tarix: müəllif: ruxsare | 2 Şərh

Röya-Əbdürrəhim bəy Haqverdiyev

Saat dörd idi. Möhкəm nahardan sоnra gedib, şəhər bağının bir guşəsində
əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim.

Bağın yanındaкı кüçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtоmоbillərdə, faytоnlarda о baş-bu başa çapırdılar.

Dörd ətrafımda balaca uşaqlar bağ içində оynamaqda idilər.

Bağın xiyabanlarında camaat da az deyildi.

Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər кəs öz mətaını təкlif edirdi. Oxumağa davam et

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Daş yuxular-2

Daş yuxular Kateqoriya: | Bir şərh yazın

Daş yuxular-4

            Dokror Abdasəliyev təsdiqləyir, əgər qətlə yetrilən hər erməninin adına bir  şam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar.

Sıx duman dünyanı udub…

Elə bil dünya deyilən yalnız dumandan ibarətdir. Belə bozluğun ardınca mütləq nəsə olmalıdır. Qatı dumana bürünən dünya heç şübhəsiz ki, üzünü göstərməlidi. Saday bunu bilir, huşu üstündə olmasa da yalnız həmin anı gözləyir.  Həqiqətən də duman get-gedə çəkilirdi, di gəl artist indi harda olduğunu anlaya bilmirdi. Açıq-aşkar  gördü ki, buz kimi soyuq daş səkinin üstündədir. Guya bura Əylisdi, Vuraqırd kilsəninə gedən daş yolun tən ortasında oturub. Amma oturduğu yerdən kilsə görünmürdü,  kilsələrin arxasından dikilən qəlbi dağlar da görünmürdü. Oxumağa davam et

Daş yuxular Kateqoriya: | Bir şərh yazın

Daş yuxular-3

Daş yuxular Kateqoriya: | Bir şərh yazın

Daş yuxular-1

Bakının böyük xəstəxanalarının birinin əzik-sınıq bölümünə indicə çatdırılan xəstənin halı ölümcül idi. Huşunu itirən xəstəni əl arabasına  uzadıb xəstəxananın o biri başına qədər uzanan yarıqaranlıq koridorun tən ortasıyla ayrı bir korpusdakı əməliyyat otağına aparırdılar. Ağ xalatlı iki qadın idi, eynən onlar kimi ağ xalat geyinmiş iki kişi idi, bir də arıq, ota boylu, təmkini, ciddi üzü, xalatının təmizliyi və şaxlığı ilə digər dörd həmkarından  seçilən cərrah idi ki, əl arabasının yanınca addımlayırdı. Oxumağa davam et

Uncategorized Kateqoriya: | ilə etiketləndi | Bir şərh yazın

Əsnəmək

Əsnəyən adamları görəndə əsnəmək istəyi alimləri çoxdan maraqlandıran sirlərdən biridir. Bəzilərinin dediklərinə görə, əsnəyi görəndə əsnəmək əslində insanların bir-birlərilə əlaqə saxlamalarına imkan verən sosial empatiya növlərindən biridir.

İnsanların “əsnəməyə yoluxma”ları 4-5 yaşda, yəni başqa insanların emosiyalarını interpretasiya etmək bacarıqlarının inkişafı ilə başlanır. Lakin əsnəməyin “yoluxucu” olub-olmamasının səbəbləri hələ də bəlli deyildi.

İtaliyadakı Piza Universitetinin alimləri bu fenomeni araşdırmağa çalışıblar. Onlar Şimali Amerika, Asiya, Afrika və Avropada yaşayan 109 könüllüdə 480 dəfə əsnəmək sindromunu araşdırıblar.

Alınan nəticələr göstərib ki, insanların əsnəməyə reaksiyası müxtəlif qruplar arasındakı mövcud əlaqələrə dəlalət edir. Başqa sözlə desək, əsnəməyin “yoluxuculuq” amili əsnəyənlə bunu eşidən və görən arasındakı əlaqə olub.

Sən demə, ailə üzvləri arasında əsnəmək daha yoluxucudur. Ailə üzvündən kimsə əsnəyən kimi başqa birisi də əsnəməyə başlayıb. Sonrakı yeri dostlar tuturlar. Sadəcə, tanış olanlar arasında hər 8 nəfərdən birində “silsilə əsnəmək” müşahidə olunub.

Bir-birlərini yaxşı tanıyan adamlarla müqayisədə tanış olmayan şəxslər arasında “əsnəmə yoluxması” daha az sürətli olub.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Solaxaylıq dahilikdir?

Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna d,Ark, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merlin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.

Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton da solaxay siyasətçilər sırasına daxildirlər. Elə indiki prezident Barak Obama da solaxaydır.

Bəzi məlumatlara görə, Rusiyanın keçmiş prezidenti, indiki baş nazir Vladimir Putin də solaxaydır. Lakin xüsusi xidmət orqanlarının şinelindən çıxan Putin solaxaylığını gizlədə bilib.

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Dünya əhalisinin demoqrafiyasi

Dünya əhalisinin demoqrafiyasını və onun qanunauyğunluqlarını öyrənmək İqtisadi Coğrafiyanın əsas vəzifələrindən biridir. Demoqrafiya yunan sözüdür. Demos – xalq, qrafos – yazıram deməkdir. Demoqrafiya Əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elmdir. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-da dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd. olmushdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-də dünyamızda 10 mlrd. insan yaşayacaq. 2009-a görə dünya əhalisi 6 milyard 802 milliondur. Dünyada ən sürətli təbii artım 1950-1970 illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1.8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2.2% təşkil edib. Oxumağa davam et

Uncategorized Kateqoriya: | , ilə etiketləndi | Bir şərh yazın