Aylıq arxivlər: Avqust 2011

Parfümer (Ətriyyatçı)-2

Cüzеppе Baldininin еvi uçulanda Qrеnuy Orlеana gеdirdi. O, artıq böyük-böyük şəhərləri arxada buraxmış, Parisdən uzaqlaşdıqca hər addımbaşı udduğu havanın açıq, aydın və təmiz olmasına bir daha inanırdı. Uzaqlaşdıqca hava da еlə bil ki, daha az dəbdəbəli olurdu. Bu havada quduz … Oxumağa davam et

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Parfümer (Ətriyyatçı)-1

Birinci hissə On səkkizinci əsrdə Fransada dahi вə mənfur insanlarla bol olan bu dövrün ən dahi və ən mənfur fiqurları cərgəsinə daxil olan bir insan yaşayırdı. Söhbət еlə onun haqqında olacaq. Onun adı Jan-Batist Qrеnuy idi, bu ad dе Sad, … Oxumağa davam et

Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-24

Bakıda keçirilən çempionata 103 ölkənin 850-dən artıq idmançısı qatılsa da, gücləndirilmiş mühafizə tədbirlərinin yalnız erməni güləşçilərinin Bakıya gəlməsilə bağlı olduğunu hamı başa düşürdü. Çempionatın keçirildiyi Heydər Əliyev adına İdman-Konsert Kompleksini mühasirəyə almış Daxili Qoşun qüvvələri və gücləndirilmiş iş rejimində işləyən … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-23

Sentyabrın 11-i Ermənistan Olimpiya Komitəsinin sədri Qaqik Tsarukyan Bakıya gedəcək olan güləşçi və jurnalistlərlə yanaşı, bir sıra ictimai xadimləri də komitənin konfrans salonunda toplayaraq, çıxış etdi: – Son 20 ildə bizim heç bir idmançımızın ayağı Bakıya dəyməyib. Güləşçilər Azərbaycan torpağına … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-22

İlıq küləkli sentyabr axşamı onu Eçmiədzin kilsəsinin qarşısına hansı gözəgörünməz qüvvənin gətirdiyini; ayaqlarının, yoxsa başınınmı hökmü ilə bura gəldiyini Artuş bilmirdi. Hər halda işdən çıxandan sonra Eçmiədzin avtobusuna mindiyində nə etdiyini, hara getdiyini düşünməmişdi. Pəncərədən yol boyu düzülmüş Kazinolar görünəndə, … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-21

– Dayan oğraş! Dayan biqeyrət! Səs arxadan gəlirdi. Müraciətin kimə ünvanlandığını bilməsə də, hər ehtimala qarşı ayaq saxladı. Bunu nə üçün etdiyini özü də bilmirdi. Axı onu belə ağır təhqirlərə layiq görəcək düşməni yox idi bu şəhərdə. Hava qaralmış, İçəri … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-20

Oteldə 205-ci nömrə. Heç nə ifadə etməyən, heç bir anlama gəlməyən rəqəm. Ən azından Zaurun həyatında nə 205 saylı məktəb olub, nə 205 nömrəli nəqliyyat vasitəsi, nə də ki, 205 şərti vahidlə aldığı məvacib. Bakıda Rasim adında numeroloq dostu var, … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-19

Gürcüstanın paytaxtına səyahət 5 iyul günü Bakı-Tiflis qatarında başladı. Xoşbəxtlikdən beynəlxalq reyslərə çıxan qatarların vaqonlarına ötən ilin sonunda quraşdırılan kondisionerlər, az da olsa sərnişinləri yayın bürküsündən xilas edirdi. Kupedə Zaurdan savayı bircə adam var idi – özünü Möhlət kimi təqdim … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-18

Qırışlı sifəti heç dəyişməyən bədbin, ətalətli Bakı iyun günəşinin altında süst düşmüşdü. Qızmar günəş şəhərin başına od yağdırır, ayaq altında əriyən asfaltdan qalxan isti adamın sifətini yandırırdı. Damlarda qaynayan qırın iyinə qarışan turşumuş tər qoxusu, maşınların tüstüsü şəhərin divarlarına, daşa-torpağa … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın

Artuş və Zaur-17

Kupedə Zaurdan başqa Bakıya iki qadın və bir ixtiyar kişi də gedirdi. Üçü də azərbaycanlı idi. Saat on ikiyə qalsa da, heç kim yatmaq barədə fikirləşmirdi. İkinci mərtəbədəki yerində uzanan Zaur Tiflisdə yarımçıq qoyduğu Platonovun “Can” romanını qaldığı yerdən oxumağa … Oxumağa davam et

Artuş və Zaur, Uncategorized Kateqoriya: | Bir şərh yazın